...

Tacikistan ucqar rayonlarda səhiyyənin yaxşılaşdırılması üçün LLF ilə işləməyi səbirsizliklə gözləyir - Nazir (ÖZƏL)

İqtisadiyyat Materials 22 May 2025 20:42 (UTC +04:00)
Tacikistan ucqar rayonlarda səhiyyənin yaxşılaşdırılması üçün LLF ilə işləməyi səbirsizliklə gözləyir - Nazir (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Tacikistan ucqar rayonlarda səhiyyə sisteminin təkmilləşdirilməsində LLF ilə əməkdaşlığı davam etdirməyə ümid edir.

Bunu Trend-in xüsusi müxbirinə Tacikistanın səhiyyə və əhalinin sosial müdafiəsi naziri Camoliddin Abdullozoda Əlcəzairdə İslam İnkişaf Bankının (İİB) İllik Toplantıları çərçivəsində keçirilən "Həyat və dolanışıq vasitələrinin transformasiyası: Nəticələr üçün səfərbərlik" Forumu çərçivəsində deyib.

"İlk növbədə, Tacikistan Respublikası Hökuməti, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından mən İslam İnkişaf Bankına və Həyat və Yaşayış Vəsaitləri Fonduna (LLF) maliyyələşdirmə məsələlərinə, o cümlədən, səhiyyə sektoruna həsr olunmuş bu yüksək səviyyəli tədbirdə iştiraka dəvətə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Tacikistanın səhiyyə sistemində, xüsusilə də ana və uşaq sağlamlığı sahəsində bir sıra mühüm layihələr həyata keçirilir”.

Abdullozoda qeyd edib ki, ötən il İslam İnkişaf Bankı və fondun birgə layihəsi Xatlon vilayətinin dörd rayonunda uğurla həyata keçirilib.

“Artıq bir ildir ki, bu rayonlarda tibb müəssisələrinin tikintisi və avadanlıqla təchiz olunması sayəsində ana və uşaq ölümlərinin azalmasında müsbət dinamika müşahidə olunur.

Əgər 2023-cü ildə ana və uşaqlar arasında ölüm göstəricisi hər 100 min nəfərə təxminən 14-15 hadisə idisə, bu il bu rəqəm 10,8-ə düşüb. Bu, inandırıcı sübutdur ki, tibb işçiləri üçün müvafiq şəraitin yaradılması, müəssisələrin müasir avadanlıqlarla təmin olunması tibbi xidmətin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına gətirib çıxarır”.

Nazir İslam İnkişaf Bankı və fondla səmərəli əməkdaşlığın, o cümlədən, ölkənin ucqar regionlarında xəstəxanaların tikintisi və avadanlıqla təchiz olunması sahəsində davamlı əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

"İxtisaslı mütəxəssislərin, müasir avadanlıqların və keyfiyyətli iş şəraitinin çatışmazlığı problemi təkcə Tacikistan üçün deyil, bir çox başqa ölkələr üçün də aktualdır. Ona görə də belə layihələrin ən ucqar guşələri əhatə etməsi, paytaxtda və ya ölkənin ən ucqar ərazilərində yaşamasından asılı olmayaraq, bütün vətəndaşların keyfiyyətli tibbi xidmətlərə bərabər çıxışını təmin etməsi vacibdir", - o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti