...

Əlcəzairdə keçirilən üçüncü iclas İslam İnkişaf Bankının tarixində ən böyük iclas olub – Nazir

İqtisadiyyat Materials 22 May 2025 20:05 (UTC +04:00)
Əlcəzairdə keçirilən üçüncü iclas İslam İnkişaf Bankının tarixində ən böyük iclas olub – Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən üçüncü iclası öz tarixində ən böyük iclas olub.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Əlcəzairin maliyyə naziri Əbdülkərim Buzred İslam İnkişaf Bankının (İİB) Əlcəzairdə keçirilən İllik Toplantılarının yekunlarına dair mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, İslam İnkişaf Bankının (İİB) Əlcəzairdə keçirilən illik toplantıları çərçivəsində yüksək fəallıq və çoxlu sayda iştirakçı var.

"Fəal proqram və iştirakçıların sayı, həqiqətən, təsiredicidir", - nazir deyib.

O xatırladıb ki, Əlcəzair artıq üçüncü dəfədir ki, İİB-in illik toplantılarına ev sahibliyi edir.

"Birinci görüş 1990-cı ildə, ikinci görüş 2001-ci ildə baş tutub", - nazir bildirib.

O vurğulayıb ki, budəfəki görüş öz miqyasına və əhəmiyyətinə görə bütün əvvəlki görüşləri üstələyir:

“Əminliklə demək olar ki, 2025-ci il tədbiri Əlcəzairdə keçirilən bütün əvvəlki görüşləri üstələyəcək”.

Xəbər lenti

Xəbər lenti