Bakı. Trend:
Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəəti 721,5 milyon manat olub.
Trend bu barədə AMB-ə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 372,4 milyon manat və ya 2,1 dəfə çoxdur. 2023-cü ildə AMB-nin mənfəəti 349,1 milyon manat olmuşdu.
Ötən il AMB-nin faiz gəlirləri 717,6 milyon manat, faiz xərcləri 218,80 milyon manat, haqq və komissiya gəlirləri 27,8 milyon manat, haqq və komissiya xərcləri 9,6 milyon manat olub.