Bakı. Trend:
Cari ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 538 milyon manat təşkil edib.
Trend bu barədə AMB-ə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 184,6 milyon manat və ya 52,2 % çoxdur.
Belə ki, 2024cü ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 353,4 milyon manat olmuşdu.