...

Maliyyə Nazirliyi yenidən dövlət qiymətli kağızların emissiyasına başlayacaq

İqtisadiyyat Materials 23 May 2025 11:03 (UTC +04:00)
Maliyyə Nazirliyi yenidən dövlət qiymətli kağızların emissiyasına başlayacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyi dövlət qiymətli kağızların emissiyasına yenidən başlayacaq.

Trend xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O xatırladıb ki, Maliyyə Nazirliyi ilin əvvəlindən etibarən istiqrazlar bazarına yenidən çıxış etmir:
"Depozit hərraclarının keçirilməsi, əslində, büdcədə artıq və sərbəst vəsaitlərin mövcud olması səbəbindəndir. Belə olan təqdirdə də bazardan vəsait cəlb olunması o qədər də tutarlı olmazdı".

"Amma bunu da qeyd edim ki, çox çəkmədən, qısa bir müddətdən sonra artıq biz təkrar bazara geri qayıdaraq dövlət qiymətli kağızlarının emissiyasına yenidən başlayacağıq", - A. Mürsəqulov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti