...

Mərkəzi Bank qeyri-maddi aktivlərin alışını 2 dəfədən çox azaldıb

İqtisadiyyat Materials 23 May 2025 11:29 (UTC +04:00)
Mərkəzi Bank qeyri-maddi aktivlərin alışını 2 dəfədən çox azaldıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycan Mərkəzi Bankı (AMB) 1,755 milyon manat dəyərində qeyri-maddi aktivlər alıb.

Trend bu barədə AMB-ə istinadən xəbər verir.

Məlumata görə, qeyri-maddi aktivlərin alışı əvvəlki illə müqayisədə 1,834 milyon manat, yaxud da 2 dəfədən çox azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 3,589 milyon manat dəyərində qeyri-maddi aktivlər almışdı.

Qeyd edək ki, qeyri-maddi aktivlər fiziki formaya malik olmayan, lakin müəssisəyə uzunmüddətli iqtisadi fayda gətirən aktivlərdir. Bu aktivlər şirkətin mülkiyyətində olur və müəyyən müddət ərzində istifadə edilir. Onlar adətən şirkətin gələcəkdə gəlir əldə etməsinə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti