Bakı. Trend:
Cari ilin birinci rübündə “Bloomberg” ticarət sistemində banklar arasında 22.6 milyard manat məbləğində 1 162 ədəd təminatsız əqd bağlanıb.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu əməliyyatların həcm olaraq 94%-i 1-3 günlük olub. Bu dövr ərzində banklararası repo bazarında isə 2.4 milyard manat həcmində 133 əqd bağlanıb. Bu əqdlərin həcm olaraq 11%-i 1-3 günlük, 87%-i isə 6-8 günlük əməliyyatlar olub.
Ötən ilin müvafiq dövrünə nəzərən təminatsız pul bazarında bağlanılan əqdlərin həcmi 1.7 dəfə, banklararası repo bazarındakı əməliyyatların həcmi isə 2.1 dəfə artıb.