...

AMB rəsmisi investorların üzləşdiyi problemlərdən danışıb

İqtisadiyyat Materials 23 May 2025 15:54 (UTC +04:00)
AMB rəsmisi investorların üzləşdiyi problemlərdən danışıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yerli investisiya bazarının inkişafı üçün həm emitentlərin şəffaflığı, hesabatlılığı, həm də investorların məlumatlı qərarlar verə bilməsi əsas şərtlərdəndir.

Trend xəbər verir ki, bu sözləri Mərkəzi Bankın Kapital Bazarı Siyasəti və Tənzimlənməsi Departamentinin direktoru Umeyra İbrahimova bu gün Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.

O, təəssüflə bildirib ki, bu infrastruktur tam formalaşmayıb və nəticə etibarilə qərarvermə prosesi zəifləyir: "Sizin xəzinədarlıq təcrübənizlə bu boşluqları daha yaxşı görmək və daha düzgün qiymətləndirmələr aparmaq mümkündür. Yerli bazarda manatla olan alətlərə yatırım etmək istəyən investorların riski düzgün qiymətləndirə bilməsi üçün daha çox məlumat, daha çox analiz, daha çox şəffaflıq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti