Bakı. Trend:
Ötən ilin sonuna olan məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) Şərqi Asiyadakı aktivlərinin həcmi 3,173 milyard manat olub.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 1,719 milyard manat və ya 2,2 dəfə çoxdur.
Belə ki, 2023-cü ilin sonunda AMB-nin Şərqi Asiyadakı aktivlərinin həcmi 1,454 milyard manat olmuşdu.
Hesabat dövründə AMB-nin Şərqi Asiyadakı aktivləri pul vəsaitləri və onların ekvivalentləri üzrə 2 milyon manat, borc qiymətli kağızlar üzrə 3,171 milyard manat təşkil edib.