...

Azərbaycandan Ukraynaya məhsul ixracı 31%-dən çox artıb

İqtisadiyyat Materials 26 May 2025 10:30 (UTC +04:00)
Azərbaycandan Ukraynaya məhsul ixracı 31%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 158,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 3,6% çoxdur.

Hesabat dövründə Ukrayna ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,94%-i həcmində olub.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Ukraynaya 65,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 170,8 milyon ABŞ dolları və ya 31,1% çoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında Ukraynadan Azərbaycana 92,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 10,1 milyon ABŞ dolları və ya 10% azalma deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Ukraynaya 63 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 33,9 milyon ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Hesabat dövründə Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 5,90% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcıları arasında 5-ci yerdə mövqe tutub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı göstərici ilə müqayisədə müvafiq olaraq 616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard ABŞ dolları (və ya 48,8%) çoxdur.

Nəticədə, xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti