Bakı. Trend:
Ötən il qlobal əmtəə bazarlarında xammal, xüsusilə enerji resurslarının qiymətləri üzrə azalma müşahidə olunub.
Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.
Qeyd edilib ki, “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bu, 2023-cü ildəki orta qiymətdən 3,8% az, 2024-cü ilin dövlət büdcəsi üzrə əsas götürülmüş göstəricidən (75,0 ABŞ dolları) 10,4% çox olub.