...

Dörd ayda Azərbaycanın qızıl ixracından gəlirləri 3 dəfədən çox artıb

İqtisadiyyat Materials 29 May 2025 13:51 (UTC +04:00)
Dörd ayda Azərbaycanın qızıl ixracından gəlirləri 3 dəfədən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan 95,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64 milyon ABŞ dolları və ya 3 dəfə çoxdur. Ötən ilin ilk 4 ayında 31,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilmişdi.

Təkcə apreldə isə Azərbaycan 30,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə müqayisədə 17,3 milyon ABŞ dolları və ya 2,3 dəfə artım deməkdir. 2024-cü ilin aprelində 12,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac olunmuşdu

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti