...

"Mincivan-Ağbənd" qaz kəmərinin tikintisi ilə bağlı layihə sənədləri hazırlanıb

İqtisadiyyat Materials 30 May 2025 14:17 (UTC +04:00)
"Mincivan-Ağbənd" qaz kəmərinin tikintisi ilə bağlı layihə sənədləri hazırlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

"Mincivan-Ağbənd" qaz kəmərinin və "Ağbənd" Qaz Tənzimləyici Məntəqənin tikintisi ilə bağlı layihə sənədləri hazırlanıb.

Trend-in yerli müxbiri xəbər verir ki, bunu Qaz İxrac İdarəsinin birinci müavini Sərxan Babaşov "Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib.

O bildirib ki, 2025-ci ilin kapital qoyuluşları proqramında obyektin tikintisi nəzərdə tutulub.

"Tikinti işləri üçün qaz kəmərləri dəhlizinin və tikiləcək QTM-in yerinin seçilməsinə uyğun olaraq torpaq dəhlizlərinin və sahələrinin ayrılması üçün 18.02.2025-ci il tarixli 4-2-12/2-187/2025 saylı məktubla Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (DŞAK) müraciət olunub", - deyə əlavə edib.

Xəbər lenti

Xəbər lenti