...

Beş il ərzində vətəndaşlara geri qaytarılan ƏDV-in məbləği açıqlanıb

İqtisadiyyat Materials 9 İyun 2025 10:09 (UTC +04:00)
Beş il ərzində vətəndaşlara geri qaytarılan ƏDV-in məbləği açıqlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Beş ildir ki, vətəndaşlar alış-veriş edərkən ödədikləri ƏDV-nin bir hissəsi onlara geri qaytarılır. ƏDV geri al layihəsinin tətbiqindən sonra istehlakçılar dükanlarda, kafe və restoranlarda ödəniş edərkən kassa çekini tələb etməyə başlayıb.

Dövlət Vergi Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ƏDV geri al layihəsinin tətbiq edildiyi vaxtdan bu günədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 2 milyarddan çox kassa çeki üzrə 768.5 milyon manat ƏDV məbləği qaytarılıb.

"Təkcə bu il hər ay ödənilmiş ƏDV-nin 15 milyon manatı vətəndaşlara geri verilib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik konsert sahəsində göstərilən xidmətlərə görə də nağdsız qaydada ödənilmiş ƏDV-nin 50%-i vətəndaşlara geri qaytarılacaq", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti