...

Son beş ildə Bakıda orta aylıq əməkhaqqı 330 manatdan çox artıb

İqtisadiyyat Materials 9 İyun 2025 12:14 (UTC +04:00)
Son beş ildə Bakıda orta aylıq əməkhaqqı 330 manatdan çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357,3 manat təşkil edib.

Trend bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici beş il əvvəlin göstəriciləri ilə müqayisədə 334,4 manat və ya 32,7% çoxdur. Belə ki, 2020-ci ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 022,9 manat təşkil etmişdi.

Qeyd edək ki, Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 9,1% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti