...

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarı bu tarixdə açıqlayacaq

İqtisadiyyat Materials 10 İyun 2025 10:00 (UTC +04:00)
AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarı bu tarixdə açıqlayacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 11 iyun 2025-ci il tarixində saat 11:00-da yayımlanacaq.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Tənzimləyici qurum uçot dərəcəsi ilə bağlı sonuncu açıqlamasında bildirmişdi ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək.

“Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək”, - AMB-nin uçot dərəcəsi ilə bağlı sonuncu açıqlamasında bildirilib.

Qeyd edək ki, bu ilin aprelin 23-də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti