...

“PAŞA Bank”ın Qarabağ və Şərqi Zəngəzur üzrə yatırımlarına dair göstəriciləri məlum olub

İqtisadiyyat Materials 10 İyun 2025 20:05 (UTC +04:00)
“PAŞA Bank”ın Qarabağ və Şərqi Zəngəzur üzrə yatırımlarına dair göstəriciləri məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“PAŞA Bank”ın Qarabağ və Şərqi Zəngəzurda inkişaf və infrastruktur yatırımları üzrə göstəriciləri məlum olub.

Trend bankın illik hesabatına istinadən xəbər verir ki, 2021-ci ildən bu günə qədər Qarabağ regionunda fəaliyyət göstərən tərəfdaş şirkətlər tərəfindən ümumilikdə 5 milyard manat dəyərində müqavilə imzalanıb.

Bu layihələr çərçivəsində “PAŞA Bank” tərəfindən ümumilikdə 300 milyon manat məbləğində maliyyələşmə təmin edilib. Bu vəsaitin 200 milyon manatını qeyri-nağd öhdəliklər (zəmanət və təminatlar), 100 milyon manatını isə nağd maliyyələşmə (kredit, kredit xətləri) təşkil edib.

Məlumata görə, qeyri-nağd öhdəliklər layihələrin icrası zamanı zəmanət və təminat mexanizmləri vasitəsilə təqdim olunub. Eyni zamanda qeyd olunub ki, bəzi iri layihələrdə birbaşa qarantiya tələb edilməsə də, subpodratçılar vasitəsilə bankın dolayı maliyyə dəstəyi təmin olunub.

Əlavə edilib ki, turizm və xidmət infrastrukturunun maliyyələşdirilməsi – mədəni və tarixi əhəmiyyətə malik bölgələrdə biznes mühitinin bərpasına və regional iqtisadi aktivliyə töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti