...

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 100-dən çox layihəni qiymətləndirir

İqtisadiyyat Materials 11 İyun 2025 09:19 (UTC +04:00)
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti 100-dən çox layihəni qiymətləndirir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda biz Azərbaycan və Özbəkistan arasında 100-dən çox investisiya layihəsini nəzərdən keçirmişik, onlardan 15-dən çoxu ətraflı təhlil üçün seçilib.

Trend-in məlumatına görə, bunu IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin direktoru Nazim Hacıyev deyib.

N.Hacıyev qeyd edib ki, onların şirkəti kredit təşkilatı deyil, özəl investisiya şirkəti kimi fəaliyyət göstərir və ilk növbədə müxtəlif sənaye sahələrinə minoritar paylara sərmayə qoyur.

"Keçən il biz Daşkənddə ofis açdıq, indi isə Bakıda nümayəndəlik yaradırıq ki, bu da bizə Azərbaycan bazarını səmərəli şəkildə əhatə etməyə imkan verəcək", - o izah edib.

Şirkətin investisiya komandası yerli və beynəlxalq təşkilatlarda böyük təcrübəyə malik 13 mütəxəssisdən ibarətdir, işçilərin dörddə üçü Özbəkistandadır.

"Biz mövcud şirkətlərə sərmayə qoyuruq, artım potensialı olan aktivlər əldə edirik", - Hacıyev vurğulayıb.

O əlavə edib ki, şirkətin əməkdaşlığı maliyyə investisiyalarından kənara çıxır:

“Biz, həmçinin, korporativ idarəetmə sisteminin yaradılmasına, əməliyyat və maliyyə nəzarətinə şərait yaradır, strateji qərarların qəbulu üçün mütəxəssislərimizi müşahidə şuralarına fəal cəlb edirik”.

Təhlil üçün seçilmiş layihələrdən dördü müxtəlif sənaye sektorlarına, biri maliyyə texnologiyalarına aiddir. Yeni Daşkənddə ən böyük beynəlxalq məktəbin tikintisinə xüsusi diqqət yetirilir.

"Biz Azərbaycan və Özbəkistan şirkətləri arasında bir sıra layihələr hazırlayırıq və onların icrasına bu ilin sonuna qədər başlamağı planlaşdırırıq", - şirkətin direktoru qeyd edib.

Bundan əlavə, şirkət Almaniya, İtaliya, Yaponiya və Yaxın Şərqdən şirkətləri cəlb etmək üçün ticarət palataları və biznes icmaları ilə əməkdaşlıq edərək, beynəlxalq səviyyədə fəal şəkildə biznes tərəfdaşları axtarır.

"Biz digər maliyyə institutları və investisiya şirkətləri ilə birgə investisiyalar planlaşdırırıq. Məsələn, beynəlxalq məktəb layihəsi Əbu-Dabidən olan investisiya şirkəti və Özbəkistanın birbaşa investisiya fondu ilə birgə həyata keçirilir".

Hacıyev sonda şirkətin yüksək potensiala malik layihələrə fokuslandığını vurğulayıb:

“Bizim əsas vəzifəmiz ölkələrimizin iqtisadi artımını sürətləndirmək üçün ən böyük potensiala malik şirkətlərə sərmayə qoymaqdır və peşəkar komandamız bu məqsədə çatmaq üçün səylərini əsirgəmir”.

Xəbər lenti

Xəbər lenti