...

Azərbaycan Özbəkistanı Orta dəhlizin imkanlarından daha fəal istifadəyə dəvət edib

İqtisadiyyat Materials 11 İyun 2025 13:54 (UTC +04:00)
Azərbaycan Özbəkistanı Orta dəhlizin imkanlarından daha fəal istifadəyə dəvət edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Özbəkistanı Orta dəhlizin imkanlarından daha fəal istifadə etməyə dəvət edib.

Trend xəbər verir ki, bu barədə Daşkənddə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovla görüşündə bildirilib.

Görüşdə nəqliyyat-tranzit sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. İki ölkə arasında tranzit daşımalarının 2024-cü ildə 18%-dən çox artdığı bildirilib. Orta dəhlizin əhəmiyyəti vurğulanaraq Özbəkistan tərəfi bu dəhlizin imkanlarından daha fəal istifadə etməyə dəvət edilib.

Bununla yanaşı gəmiqayırma sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Ticarət-iqtisadi əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirilib. Bildirilib ki, 2024-cü ildə qarşılıqlı ticarət 41% artıb. Ötən ilin eyni dövrü ili müqayisədə cari ilin birinci rübündə ticarət dövriyyəsi üç dəfəyə yaxın çox olub.

Xəbər lenti

Xəbər lenti