Bakı. Trend:
Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 617 borcalana 3,530 milyard manat kredit verilib.
Bu barədə Trend İKZF-dən məlumat əldə edib.
Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 549,443 milyon manata bərabər olub.
7 263 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.