Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” orta müddətli perspektivdə Azərbaycan hökumətinin valyuta çevikliyini artırmaq planlarına baxmayaraq, manatın ABŞ dollarına de-fakto bağlılığının qorunmasını əsas siyasi prioritet kimi qiymətləndirir.
Trend agentliyin hesabatına istinadən xəbər verir.
“Fitch” bildirib ki, Azərbaycan Mərkəzi Bankı bank sistemində struktur likvidlik artıqlığının idarə edilməsi üçün alətlərin inkişafına davam edir və pul-kredit siyasətinin transmissiya mexanizminin səmərəliliyini gücləndirir.
Bununla belə, monetar qərarların ötürülməsi bir sıra amillər səbəbindən məhdud olaraq qalır, xüsusilə daxili pul bazarlarının kifayət qədər inkişaf etməməsi, bank sistemində həddindən artıq likvidlik və nisbətən yüksək dollarlaşma səviyyəsi: 2025-ci ilin aprel ayında depozitlərin 40 %-i azalma tendensiyasına baxmayaraq, xarici valyutada saxlanılır”, – agentliyin analitikləri vurğulayıb.