...

ABADA-nın üzvlərinin sayı 10% artıb

İqtisadiyyat Materials 22 İyul 2025 10:20 (UTC +04:00)
ABADA-nın üzvlərinin sayı 10% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 6 ayında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) üzvlərinin sayı 10% artıb və hazırda 174 hüquqi və fiziki şəxs üzvdür.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə ABADA-nın Baş katibi Kənan Qurbanov deyib.

O bildirib ki, cari ilin 6 ayı ərzində 159 nəfər sürücü, 41 nəfər menecerə SPS şəhadətnaməsi, 215 nəfər sürücüyə ADR şəhadətnaməsi verilib:

"Assosiasiya "Beynəlxalq Yük Daşımaları Kitabçasının (Karnet-TIR) tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasının şərtlərini səlahiyyətləri çərçivəsində ölkəmizin ərazisində yerinə yetirilməsini təmin etməklə və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvü olaraq, avtodaşıyıcıları TIR kitabçası ilə təmin edir, eyni zamanda, Türkiyə və Avropa istiqamətində yerinə yetirilən tranzit daşımalara tətbiq edilən T1 təminat sisteminin üzvüdür".

"Son dövrdə Çin Xalq Respublikasından daşınan yüklərin həcmi artdığı üçün BYD (TIR-Carnet) kitabçalarından istifadə edən daşıyıcıların da sayı 30% artıb", - deyə K.Qurbanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti