...

Azərbaycanda 13 illik şirkətin nizamnamə kapitalından milyonlarla manat geri götürüldü

İqtisadiyyat Materials 22 İyul 2025 18:18 (UTC +04:00)
Azərbaycanda 13 illik şirkətin nizamnamə kapitalından milyonlarla manat geri götürüldü
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ Taxıl" MMC nizamnamə kapitalını azaldır.

Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Məlumata görə, MMC-nin nizamnamə kapitalı 6 371 963 manat azaldılaraq 8 972 387 manat müəyyən edilir.

Cəmiyyətin debitor və kreditorları bu barədə xəbərdar edilir və qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilir.

Sözügedən şirkət 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Baloğlanov Vüqar Samir oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti