Bakı. Trend:
Bu ilin birinci rübündə Azərbaycandan İsveçrəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,837 milyon ABŞ dolları təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 227 min ABŞ dolları və ya 11% azdır. 2024-cü ilin birinci rübündə Azərbaycandan İsveçrəyə fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,064 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə İsveçrədən Azərbaycana 2,797 milyon ABŞ dolları həcmində pul köçürülüb ki, bu da, illik müqayisədə 788 min ABŞ dolları, yaxud da 39,2% çoxdur. Ötən ilin ilk üç ayında bu məbləğ 2,009 milyon ABŞ dolları idi.
Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsveçrənin payı 1,6% xaricdən ölkəyə pul köçürmələrində bu ölkənin payı isə 1,2% olub.
Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.
Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.
