...

Kapital bazarlarında bütün hüquqi normativ baza yenilənəcək - Taleh Kazımov

İqtisadiyyat Materials 23 İyul 2025 13:22 (UTC +04:00)
Kapital bazarlarında bütün hüquqi normativ baza yenilənəcək - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın kapital bazarlarında bütün hüquqi normativ baza yenilənəcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, kifayət qədər beynəlxalq təcrübə ilə müqayisə etdikdə Azərbaycanın qanunvericilik sahəsində təkmilləşdirmələr tələb olunur:

"Amma onu əminliklə deyə bilərik ki, bu gün qiymətli kağızlar bazarında nə emitentin, nə də investorun iştirak etməsi üçün hər hansı məhdudiyyət var".

Xəbər lenti

Xəbər lenti