Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Viator Mikro Kredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edilib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, tənzimləyici qurum tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC və onun vəzifəli şəxsi Gəncə Şəhər Məhkəməsi tərəfindən müvafiq olaraq 50 000 manat və 10 000 manat məbləğində cərimə edilib.