...

Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir

İqtisadiyyat Materials 5 Avqust 2025 10:54 (UTC +04:00)
Fransanın mühəndislik şirkəti Azərbaycan bazarını tərk edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Systra S.A.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.

Trend xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1073 Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 97, mənzil 46 ünvanına bildirə bilərlər.

Sözügedən şirkətin Azərbaycandakı filialı 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin filialının qanuni təmsilçisi Qahremani Esmaeil Rəhman adlı şəxsdir.

“Systra S.A.” şəhər və dəmir yolu nəqliyyatına fokuslanan, Fransada yerləşən mühəndislik və məsləhət firmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti