...

Baş nazir Xəzərin qorunması üzrə birgə addımlar atmağa çağırıb

İqtisadiyyat Materials 5 Avqust 2025 17:22 (UTC +04:00)
Baş nazir Xəzərin qorunması üzrə birgə addımlar atmağa çağırıb
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin iqlim dəyişikliyi üzrə Bakıda keçirilən COP29 konfransında inkişaf etməkdə olan ölkələr üçün illik iqlim maliyyələşmə həcminin 2035-ci ilə qədər 100-dən 300 milyar dollara qaldırılması ilə bağlı razılaşma əldə olunub.

Trend xəbər verir ki, bunu bu gün Türkmənistanın Avaza şəhərində keçirilən, BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin üçüncü Konfransı (LLDC3) çərçivəsində baş tutan plenar iclasda Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

“Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, Azərbaycan karbon bazarı mexanizmi üzrə danışıqları uğurla yekunlaşdırıb və saziş qəbul olunduqdan doqquz il sonra onun tətbiqini təmin edib. Eyni zamanda, iqlim dəyişikliyindən zərər çəkən həssas icmaların əhəmiyyətli dəstəklənməsi üçün zərər və itkilərin ödənilməsi fondunun tam işə salınması barədə qərar qəbul olunub”, – deyə Əli Əsədov qeyd edib.

O, həmçinin Xəzəryanı regionun üzləşdiyi ciddi ekoloji çağırışlara, xüsusilə də Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə aşağı düşməsi məsələsinə diqqət çəkib.

“Xəzəryanı dövlətlərin ümumi ekoloji problemlərin həlli üçün birgə səylərinin vacibliyini vurğulamaq lazımdır. 2022-ci ildə Aşqabadda keçirilmiş altıncı Xəzəryanı dövlətlər sammitində Azərbaycan Prezidenti İlham Əliyev Xəzərin səviyyəsinin enməsi problemini xüsusi olaraq önə çəkmişdi. Dövlət başçısının təşəbbüsünə uyğun olaraq, bu prosesin səbəblərini öyrənmək və onun təsirini yumşaltmaq üçün tədbirlər hazırlamaq məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır”, – Baş nazir vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti