...

Əsas kapitala yönəldilmiş investisiyalar 3%-dən çox artıb

İqtisadiyyat Materials 11 Avqust 2025 12:48 (UTC +04:00)
Əsas kapitala yönəldilmiş investisiyalar 3%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında əsas kapitala 9911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statisitka Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15,0 faiz artıb. İstifadə olunmuş investisiyanın 5046,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 3335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 1530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 7598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 7822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti