...

Azərbaycanın əsas kapitalına yönləndirilmiş investisiyalar 8 milyard manatı ötüb

İqtisadiyyat Materials 13 Avqust 2025 11:54 (UTC +04:00)
Azərbaycanın əsas kapitalına yönləndirilmiş investisiyalar 8 milyard manatı ötüb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin I yarısında bütün maliyyə mənbələrindən əsas kapitala 8.1 milyard manat investisiya yönləndirilib.

Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.

Dövr ərzində neft-qaz sektoruna 2.3 milyard manat, qeyri-neft-qaz sektoruna 5.8 milyard manat investisiya qoyuluşu olub. Qeyri-neft-qaz sektoruna qoyulmuş investisiyanın 1.2 milyard manatı qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib.

İnvestisiyaların 49.1%-i dövlət, 50.9%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 78.2%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 75.2%-ni təşkil edib.
Ümumi sərmayənin 50,4%-i məhsul istehsalı sahələrinin, 33,1%-i xidmət sahələrinin, 16,5%-i isə yaşayış evlərinin tikintisinin payına düşüb. İnvestisiya qoyuluşunun tərkibində əsas payı sənaye (43.1%) və tikinti (22.5%) sahələri təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların maliyyə mənbələrində büdcə vəsaitlərinin payı ötən ilin eyni dövrünənisbətən 3.5% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti