...

İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən 5300-dək şəxsin məşğulluğu təmin edilib

İqtisadiyyat Materials 13 Avqust 2025 15:36 (UTC +04:00)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Trend bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Həmin sakinlərdən artıq 5300-dək şəxsin məşğulluğu təmin olunub. Onlardan 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Doğma yurdlarına qayıtmış vətəndaşlardan 245 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatı da həyata keçirilir.

İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 652 nəfərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti