Bakı. Trend:
Ötən il Qarabağ və Şərqi Zəngəzurda 888 sahibkarlıq subyekti iaşə fəaliyyəti göstərib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstəriciyə nisbətən 133 vahid və ya 17,6% çoxdur.
Hesbaat dövründə iaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin 886-sı Qarabağ, 2-si isə Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydə alınıb.
Ümumilikdə isə ötən il Azərbaycanda 25 850 sahibkarlıq subyekti iaşə fəaliyyəti göstərib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən 994 vahid və ya 4% artım deməkdir.