Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "Guavapay", "CİBPay"və "Baku Pay" MMC-lərə icrası məcburi göstəriş verib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
"Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndi ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq yuxarıda adı çəkilən MMC-lərə icrası məcburi olan göstəriş verilib", - məlumatda qeyd edilib.