...

Azərbaycanda fintex sektorunun inkişaf prioritetləri müzakirə edilib

İqtisadiyyat Materials 31 Oktyabr 2025 17:09 (UTC +04:00)
Azərbaycanda fintex sektorunun inkişaf prioritetləri müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fintex ekosistemində müşahidə olunan meyllər və sektorun inkişaf prioritetləri müzakirə olunub.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının (Azfina) nümayəndələri ilə görüşüb. Sədr müavini Vüsal Xəlilov AzFina-nın yeni İdarə Heyəti üzvlərini və sədrini təyinatları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş zamanı 2025-ci ilin üçüncü rübü üzrə fintex ekosistemində müşahidə olunan meyllər və sektorun inkişaf prioritetləri müzakirə olunub. Daha sonra Mərkəzi Bankın rəqəmsal ödəniş infrastrukturunun əhatə dairəsinin genişləndirilməsi, o cümlədən fintex sektorunda dayanıqlı inkişafın dəstəklənməsi və rəqəmsal innovasiyaları təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslər iştirakçıların diqqətinə çatdırılıb.

Görüşdə həmçinin fintex şirkətləri ilə banklar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair ətraflı fikir mübadilə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti