...

Özbəkistan özəl sektorun ÜDM-dəki payını 2030-cu ilə qədər 60 faizə qədər artırmağı planlaşdırır

İqtisadiyyat Materials 12 Noyabr 2025 11:38 (UTC +04:00)
Özbəkistan özəl sektorun ÜDM-dəki payını 2030-cu ilə qədər 60 faizə qədər artırmağı planlaşdırır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan özəl sektorun ÜDM-dəki payını 2030-cu ilə qədər 60 faizə qədər artırmaq niyyətindədir.

Trend xəbər verir ki, bu barədə Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafına dair Dövlət Siyasətinin Təhlili, Dəstəklənməsi və Koordinasiyası Departamentinin direktoru Timur Xusanov ) “Asiyada Kiçik və Orta Biznesin Monitorinqi 2025” (ASM 2025) adlı hesabatının Bakıdakı təqdimatı zamanı bildirib.

“Biz hamımız mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə məşğuluq və bu, Özbəkistan üçün xüsusi əhəmiyyət kəsb edir”,- deyə Timur Xusanov qeyd edib.

“Bu gün ölkəmizin əhalisi təxminən 38 milyon nəfərdir və onların əksəriyyəti gənclərdir. Kiçik və orta biznes iqtisadiyyatda əsas rol oynayır, ÜDM-də özəl sektorun payı təxminən 54 faiz təşkil edir və bu göstərici artmaqda davam edir”.

Onun sözlərinə görə, Özbəkistanın strateji məqsədi 2030-cu ilə qədər ÜDM-də özəl sektorun payını 60 faizə çatdırmaqdır.

“Bu, iddialı bir hədəf və nazirliyimiz, agentliklərimiz və müəssisələrimiz üçün ciddi bir çağırışdır. Biz artıq iki dəfə KOB-un inkişaf strategiyasını hazırlamağa cəhd etmişik və hazırda Asiya İnkişaf Bankı ilə əməkdaşlıq sayəsində, bizə üç ekspertin cəlb olunduğu birgə fəaliyyət nəticəsində aydın baxış və missiyaya malikik”, – deyə o vurğulayıb.

Xusanov əlavə edib ki, nazirlik KOB-un dəstəklənməsi üzrə dövlət siyasətinin təkmilləşdirilməsi istiqamətində fəal işi davam etdirəcək və bu, dayanıqlı iqtisadi artıma doğru atılmış mühüm addım olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti