...

Gələn il 3 yaşına çatanadək uşağa qulluq üzrə verilən müavinətlərin ümumi məbləği dəyişməyəcək

İqtisadiyyat Materials 12 Noyabr 2025 16:49 (UTC +04:00)
Gələn il 3 yaşına çatanadək uşağa qulluq üzrə verilən müavinətlərin ümumi məbləği dəyişməyəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Azərbaycanda 3 yaşına çatanadək uşağa qulluq üzrə verilən müavinətlərin ümumi məbləği 10 milyon manat olacaq.

Trend xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə dəyişməz saxlanılıb.

Eyni zamanda gələn il üzrə orta müavinət məbləğinin 396,04 manat, müavinət alanların sayının isə 25 250 nəfər olmaqla eyni səviyyədə qalacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti