...

"Fitch" Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun reytinqini "BBB-" səviyyəsində təsdiqləyib

İqtisadiyyat Materials 13 Noyabr 2025 10:23 (UTC +04:00)
"Fitch" Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun reytinqini "BBB-" səviyyəsində təsdiqləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch Ratings” Agentliyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun emitent defoltunun uzunmüddətli reytinqlərini xarici və milli valyutada “BBB-” səviyyəsində təsdiqləyib. Reytinqlər üzrə proqnoz – “Sabit”dir.

Trend xəbər verir ki, “Fitch”, Fondu dövlətlə sıx əlaqələri olan, Azərbaycanla bağlılığı möhkəm olan və əlçatan mənzil təminatı sahəsində, həmçinin kiçik və orta biznesin (KOB) maliyyələşməsinin asanlaşdırılması yolu ilə biznesin inkişafına dəstək göstərilməsi istiqamətində mühüm funksiyalar yerinə yetirən bir qurum kimi qiymətləndirir. Buna görə, agentlik Fondun reytinqlərini Azərbaycanın reytinqlərinə bərabər tutur. Fondun müstəqil kredit profili müəyyən edilmir, çünki onun dövlət adından həyata keçirilən missiyası, dövlətlə sıx əməliyyat və maliyyə əlaqələri, eləcə də dövlət maliyyələşməsindən asılılığı müstəqil qiymətləndirməni qeyri-informativ edir.

“Fitch” Azərbaycanın fövqəladə dəstək imkanını “demək olar ki, təmin olunmuş” kimi qiymətləndirir. Bu, “dəstək göstərmək öhdəliyi” və “dəstəyə maraq” amillərinin birləşməsini əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti