Bakı. Trend:
Hazırda ölkədə bir təsərrüfata düşən orta sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil.
Trend xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer illik ailəsi üçün minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9 hektar sahəyə ehtiyac var. Məsələn, taxılçılıqda bu 33 hektardır, meyvəçilikdə bu rəqəm 3-5 hektardır”, - deyə nazir bildirib.
