...

“Xocalı” quru yük gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb

İqtisadiyyat Materials 14 Noyabr 2025 10:30 (UTC +04:00)
“Xocalı” quru yük gəmisi Avstraliyadan ABŞ-yə doğru səfərə çıxıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi Avstraliyanın Kembla limanından ABŞ-nin Los-Anceles limanına doğru yola düşüb.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, gəmi 24 251 ton polad yüklə səfərə çıxıb və onun təyinat limanına növbəti həftənin sonlarında çatması gözlənilir.

Hazırda “Xocalı” Sakit okean akvatoriyasında tam təhlükəsiz naviqasiya rejimində hərəkət edir. Reys bütün beynəlxalq əməliyyat standartlarına uyğun icra olunur.

Qeyd edək ki, “Xocalı” gəmisi 2024-cü il 27 may tarixində Çin Xalq Respublikasında istismara verilib. Məhdudiyyətsiz üzmə imkanlarına malik bu “Handysize” tipli quru yük gəmisinin yükgötürmə qabiliyyəti (dedveyt) 38 593 ton, uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimal sürəti isə 15,7 uzeldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti