...

İdxal ediləcək mallar barədə məlumatların təqdim olunması qaydası dəyişdirildi

İqtisadiyyat Materials 2 Dekabr 2025 09:34 (UTC +04:00)
İdxal ediləcək mallar barədə məlumatların təqdim olunması qaydası dəyişdirildi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Kollegiyası "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması"nın təsdiq edilməsi haqqında" 14 mart 2022-ci il tarixli 6 nömrəli qərarında dəyişiklik edib.

Trend xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, vergi ödəyiciləri idxal ediləcək mallar barədə məlumat formasını nazirlik yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə dolduraraq vergi orqanına təqdim edəcək.

Belə ki, qərarın adı genişləndirilərək "Neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumat forması və təqdim edilmə qaydası" edilib.

Həmçinin yeni qərarla vergi ödəyiciləri idxal ediləcək mallar barədə məlumat formasını nazirlik yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə dolduraraq vergi orqanına təqdim edəcək.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti