...

Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi məlum olub

İqtisadiyyat Materials 2 Dekabr 2025 13:43 (UTC +04:00)
Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 6,720 milyon ton olub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 303,2 min ton və ya 4,3% azdır.

Belə ki, ötən ilin yanvar-sentyabr aylarında Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 7,023 milyon ton olmuşdu.

Qeyd edək ki, ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10,556 milyon ton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton və dəniz nəqliyyatı ilə 5,590 milyon ton yük daşınıb.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti