...

"S&P" "AzərEnerji"nin 2027-ci ilə qədər gözlənilən gəlirləri barədə proqnoz verib

İqtisadiyyat Materials 5 Dekabr 2025 15:18 (UTC +04:00)
"S&P" "AzərEnerji"nin 2027-ci ilə qədər gözlənilən gəlirləri barədə proqnoz verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global Ratings”in məlumatına görə, Azərbaycanda elektrik enerjisi tariflərinin son artımı “AzərEnerji” ASC-nin 2025–2027-ci illərdə EBITDA (faizlər, vergilər, amortizasiya və köhnəlmə çıxılmadan əldə olunan mənfəət) mənfəətinin formalaşmasını dəstəkləyəcək.

Trend bu barədə agentliyə istinadən xəbər verir.

“Azərbaycanın Tarif Şurası 2025-ci il yanvarın 2-dən etibarən elektrik enerjisinin topdansatış tarifinin 1 kVt/saat üçün 0,066 manatdan 0,075 manata qaldırılmasını təsdiqləyib. Tarifin yenilənməsinin istehlak həcmlərinin orta səviyyəli artımı ilə birlikdə EBITDA-nın sabit formalaşmasını təmin edəcəyini gözləyirik. Proqnozlaşdırılan EBITDA göstəricisi 2025-ci ildə 540–560 milyon manat təşkil edir, 2026-cı ildə isə 580–600 milyon manat olacaq. Müqayisə üçün bu rəqəm 2024-cü ildə 475,7 milyon manat olub”, – deyə “S&P”nin hesabatında qeyd olunur.

Agentliyin ekspertləri bildirirlər ki, 2025-ci ilin iyununda kombinə edilmiş dövrəli yeni enerji blokunun (CCGT) istismara verilməsi mövcud güclərə əlavə olaraq 1 280 MVt artım vəd edir. “S&P”nin məlumata görə, bu, şirkətin enerji istehsalı səmərələliyini yüksəldir.

“Hesab edirik ki, EBITDA marjası 2024-cü ildə təxminən 33% olduğu halda, 2026-cı ildə 35%-ə yüksələcək. Bu artım həm generasiya səmərəliliyinin yaxşılaşması, həm də tariflərin artırılması ilə bağlıdır”, – hesabatda vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti