...

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə indiyə qədər daşınan taxılın həcmi açıqlanıb

İqtisadiyyat Materials 25 Dekabr 2025 11:49 (UTC +04:00)
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə indiyə qədər daşınan taxılın həcmi açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyevin qərarına uyğun olaraq Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Bildirilib ki, 9 noyabr 2025-ci il tarixindən Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit keçməklə taxıl daşınmasına başlanılıb. 560 ton taxıl yüklü 8 vaqondan ibarət sonuncu qatar 23 dekabrda Ermənistana yola salınıb.

"İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit keçməklə ümumilikdə 3500 tona yaxın taxıl yüklü 3 qatar göndərilib",-deyə qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti