Bakı. Trend:
Azərbaycanın bank sektoru bu ilin yanvar-noyabr ayları ərzində 1,060 milyard manat xalis mənfəət əldə edib.
Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 92,4 milyon manat və ya 9,6% çoxdur.
Məlumata görə, cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265,5 milyon manat mәblәğindә mәnfәәt vergisi ödәnilib (2024-cü ilin analoji dövrü ilә müqayisәdә 14,3% vә ya 33,2 milyon manat daha çox).
