...

Azərbaycanda BKM vasitəsilə aparılmış ödənişlərin həcmi açıqlandı

İqtisadiyyat Materials 29 Dekabr 2025 09:31 (UTC +04:00)
Azərbaycanda BKM vasitəsilə aparılmış ödənişlərin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin dekabrın 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 69,2 milyon ədəd həcmdə 3,2 milyard manat emal olunmuş ödəniş əməliyyatları aparılıb.

Bu barədə Trend-ə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 9,2 milyon ədəd və ya 15,3%, məbləğ baxımından isə 311 milyon manat və ya 10,9% çoxdur.

Ötən ilin 1 dekabr tarixinə olan vəziyyətə görə Azərbaycanda BKM vasitəsilə ümumilikdə 2,8 milyard manat dəyərində 60 milyon ödəniş əməliyyatları aparılıb.

Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) bank kartları ilə aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə infrastrukturudur. Sadə dillə desək, BKM bir növ “körpü” rolunu oynayır, fərqli bankların kartları ilə edilən ödənişlərin bir-birinə düzgün çatmasını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti