Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında “SOCAR - Dalğıc”ın ixracdan əldə etdiyi gəlirlər 1,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın dekabr nəşrinə istinadən məlumat verir.
İnformasiyaya əsasən, gəlirlər haqda məlumatlar ötən il dərc olunmayıb.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbəti yerlərdə SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” Mineral Su Zavodu MMC, həmçinin Naxçıvan Muxtar Respublikasının Enerji Xidməti yer alır.
