...

Azərbaycan Almaniya iqtisadiyyatına investisiya qoyuluşunu artırıb

İqtisadiyyat Materials 2 Yanvar 2026 14:11 (UTC +04:00)
Azərbaycan Almaniya iqtisadiyyatına investisiya qoyuluşunu artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-sentyabr ayları ərzində Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 23,278 milyon ABŞ dolları təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,4 milyon dollar və ya 2 dəfə azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan reallaşan investisiyaların payı 0,5% təşkil edib.

Azərbaycan isə öz növbəsində ötən ilin ilk 9 ayı ərzində Almaniya iqtisadiyyatına 53,175 milyon dollar sərmayə qoyub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,6 milyon dollar və ya 3 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyaya yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 2,6% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 46,636 milyon dollar, Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 17,559 milyon dollar təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9 ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya 47,7% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti