Bakı. Trend:
Ötən ilin dekabrın 1-nə Azərbayacanda kredit təşkilatlarının müddətlər üzrə yeni kredit qoyuluşlarının cəmi məbləği 2,733 milyard manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 151,7 milyon manat və ya 5,9% çoxdur.
Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 2,428 milyard manatını milli valyutada (manat) kreditlər təşkil edib.
Milli valyutadakı yeni kreditlərin 696,8 milyon manatı qısamüddətli, 1,731 milyard manatı isə uzunmüddətli olub.
Hesabat dövründə cəmi yeni kredit qoyuluşlarının 305 milyon manatı isə xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 156,2 milyon manatı qısamüddətli, 148,7 milyon manatı isə uzunmüddətli kreditlər olub.
2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin dekabrın 1-nə milli valyutada qoyulmuş yeni kreditlər 106,9 milyon manat və ya 4,6%, xarici valyutada qoyulmuş yeni kreditlər isə 44,8 milyon manat və ya 17,2% artıb.
Beləliklə, dövr ərzində manatla cəmi yeni kredit qoyuluşları xarici valyutadakıları 2,123 milyard manat və ya 8 dəfə üstələyib.
