...

Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşları artıb

İqtisadiyyat Materials 3 Yanvar 2026 10:35 (UTC +04:00)
Azərbaycanda ticarət və xidmət sektoruna kredit qoyuluşları artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin həcmi 4,294 milyard manata çatıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 71,7 milyon manat və ya 1,7%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 236,9 milyon manat və ya 5,8% çoxdur.

Qeyd edək ki, ümumilikdə ötən ilin dekabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,009 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 294,5 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 8,3% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti