...

Azərbaycanda banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verilib

İqtisadiyyat Materials 6 Yanvar 2026 10:16 (UTC +04:00)
Azərbaycanda banklara kapitalını Bazel III standartlarına uyğunlaşdırmaq üçün 1 il vaxt verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“2024 – 2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”ndan irəli gələrək bank sektorunda maliyyə dayanıqlılığının gücləndirilməsi və beynəlxalq tənzimləmə standartlarına uyğunluğun artırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 dekabr 2025-ci il tarixli qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilib.

Trend Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dəyişikliklərlə bank kapitalının strukturu, kapital adekvatlığı əmsalları, kapital buferləri və bir sıra digər tələblər və tənzimləmələr Bazel III standartlarına uyğunlaşdırılıb.

Dəyişikliklərə əsasən, yeni kapital buferlərinin tətbiqi bankların mümkün itkilərə qarşı dayanıqlılığını artırmaqla risklərin daha düzgün qiymətləndirilməsinə və bank kapitalının keyfiyyətinin yüksəldilməsinə, habelə iqtisadiyyatın dayanıqlı maliyyələşdirilməsi proseslərinin əlavə dəstəklənməsinə şərait yaradacaqdır.

Eyni zamanda, kapital tələblərinin Bazel III standartlarına uyğunlaşmadırılması prosesinin başa çatdırılması prudensial siyasətin və nəzarət çərçivəsinin güclənməsini təmin etməklə yanaşı, bank sektorunun beynəlxalq investorlar üçün cəlbediciliyinə müsbət töhfə vermiş olacaqdır.

Yeni kapital strukturuna adaptasiyası, bankdaxili qayda və prosedurlarının yeni requlyativ tələblərə uyğunlaşdırılması, eləcə də sektorda zəruri təlimlərin keçirilməsi və yeni yanaşmaların prudensial hesabatlığa inteqrasiyası üçün banklara 1 illik keçid dövrü verilib. Belə ki, yeni tələblərə 01.01.2027-ci il tarixindən etibarən tam riayət olunması banklardan tələb ediləcəkdir.

Qeyd olunan müvafiq dəyişiklikləri aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:

https://e-qanun.az/framework/61125

Məqalədə:
Xəbər lenti

Xəbər lenti